Azərbaycanda minik və yük avtomobillərinin satışı, idxalı və distribütorluğu sahəsində fəaliyyət göstərən “Azərmaş Group” MMC kapital bazarından 10 milyon manat vəsait cəlb edib.
Bu barədə Yurd.Media-ya "Bakı Fond Birjası" QSC-dən bildirilib.
Məlumata görə, bu gün şirkət İpoteka və Kredit Zəmanət Fondunun zəmanəti ilə Birjada istiqrazlarını yerləşdirib.
Qiymətli kağızları 71 investor əldə edib “Azərmaş Group”un aldığı borcun 60%-i dövlət zəmanətlidir.