Antihisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi tərəfindən “Araz Supermarket” mağazalar şəbəkəsi böyük məbləğdə cərimə olunub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Abşeron rayonunda yerləşən “Araz Supermarket”də “Sladkiy zayac” adlı məhsulun piştaxtada qiymətinin 3.50 manat qeyd olunmasına baxmayaraq kassa 4.20 manata satılıb. Bununla da İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilib.
İş materiallarında olan fotoşəkildən göründüyü kimi “Sladkiy Zayac” markalı qatılaşdırılmış süd məhsulunun vitrində olan qiyməti 3.50 manatdır, lakin 244605 saylı satış çekində həmin məhsul 4.20 manat dəyərində müştəriyə satılıb.
Abşeron Rayon Məhkəməsinin qərarı ilə “Araz Supermarket” mağazalar şəbəkəsi 4 min manat məbləğində cərimə olunub.
Mağazalar şəbəkəsinin nümayəndəsi apellyasiya şikayəti versə də Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib.