Süni intellektli kukla trendi hansı təhlükələri gizləyir?

Süni intellektli kukla trendi hansı təhlükələri gizləyir?

Son zamanlar sosial şəbəkələrdə bir çoxları süno intellekt (AI) proqramlarından istifadə etməklə özlərinin miniatür versiyalarını hazırladıqlarını görürük.

Bu trend onlayn platformalarda sürətlə yayılıb, brendlər və influenserlər də artıq öz "mini mən"lərini yaratmağa başlayıblar. Lakin bəzi mütəxəssislər insanları bu günahsız görünən trendlərdən uzaq durmağa çağırır.

Süni intellekt kukla generatoru necə işləyir?

Proses əslində olduqca sadədir. İnsanlar öz şəkillərini AI alətlərinə yükləyir və son nəticənin necə görünməsini istədiklərini təsvir edən yazılı təlimatlar (promptlar) təqdim edirlər.

Onlar süni intellekt alətinə nə yaratmalı olduğunu izah edir – şəxsin hansı əşyalarla görünməsini istədiyindən tutmuş, hansı qutuda və dizaynda təqdim olunmasına qədər bütün detalları əhatəli şəkildə qeyd edirlər.

Bir çox insan bundan sonra adlarını, peşələrini və geyim seçimlərini əlavə edərək kuklaları daha da fərdiləşdirirlər, amma bu proses həmişə mükəmməl işləmir. Bir çox istifadəçi kuklaların heç onlara bənzəmir.

Trend mövzuları gəlib keçir, amma insan təbiəti nəsə qaçırmağa qorxduğu üçün özlərini çox vaxt bu kimi tendensiyaların içində tapırlar. Bu zaman bir sual yaranır - əsas narahatlıqlar nələrdir və bu ətraf mühitə necə təsir edir?

Mütəxəssislər ödənişsiz şəkillər yaradan texnologiyanın yaradılmasında müəllif hüquqları ilə qorunan məlumatlardan istifadə oluna biləcəyindən narahatdırlar.

Digər tərədfən, London Queen Mary Universitetinin professoru Cina Neff BBC-yə açıqlamasında bildirib ki, süni intellekt texnologiyaları enerjini sürətlə sərf edir. Onları dəstəkləyən məlumat mərkəzləri ildə 117 ölkədən daha çox elektrik enerjisi sərf edir.

O, həmçinin əlavə edir ki, “fərdiləşdirmə gözəl hiss etdirə bilər, amma bu sistemlər brendləri və obrazları bir blenderə atır, ortaya çıxan “qarışığa” görə isə heç bir məsuliyyət daşımır”.

Mütəxəssislər şirkətləri, fərdləri süni intellekt və digər qabaqcıl texnologiyalardan daha faydalı və məsuliyyətli məqsədlər üçün istifadə etməyə çağırırlar.