Rusiya ötən gecə kamikadze dronlarla Ukrayna paytaxtı Kiyevə kütləvi hücum həyata keçirib.
Yurd.Media xəbər verir ki, Ukrayna mətbuatının yazdığına görə, hücum nəticəsində 11 nəfər xəsarət alıb, onlardan 2-si uşaqdır.
Dronların hücumu nəticəsində şəhərin üç rayonunda dağıntılar və yanğınlar qeydə alınıb.