Avroviziya 2025in Azərbaycandan olan şərhçiləri məlum oldular

"Avroviziya 2025"in Azərbaycandan olan şərhçiləri məlum oldular

  • 05 may 2025, 10:41

"Avroviziya 2025" mahnı müsabiqəsinin Azərbaycandan olan şərhçiləri ifaçı, musiqi prodüseri, musiqiçi və pedaqoq Elnarə Xəlilova, həmçinin, televiziya və radio aparıcısı Ağa Nadirov olacaqlar.

Yurd.Media xəbər verir ki, 69-cu "Avroviziya" mahnı müsabiqəsi 13, 15 və 17 may tarixlərində saat 23:00-dan etibarən İctimai Televiziyada birbaşa yayımlanacaq.

Qeyd edək ki, Azərbaycan müsabiqənin ilk yarımfinalında 10 nömrə altında çıxış edəcək.