"Yüksək nəticə topladığımdan əmin idim. Sadəcə 300 bal toplayacağıma tam əmin deyildim. Gecə-gündüz çəkdiyim əziyyətlər və yuxusuz gecələrim çox böyük rol oynadı".
Yurd.Media xəbər verir ki, bunu "Xəzər Xəbər"-ə buraxılış imtahanında nəticə göstərərək 300 bal toplayan Nuray Bayramova deyib.
O, imtahana çox çalışdığını, istədiyi nəticəyə nail olduğunu və təhsilini tibb sahəsində davam etdirəcəyini bildirib.
Digər maksimum nəticə toplayan Tovuz Seyidova isə uğurunun əsas səbəbini məqsədyönlü olmasında görür. Onun seçimi kompüter mühəndisliyi ixtisası olacaq:
"Bu uğuruma görə valideynlərimə, məktəb rəhbərliyinə və müəllimlərimə təşəkkür edirəm. Onlar hər zaman mənə dəstək olublar və inanıblar. Çox sevinirəm ki, onların inamını doğrultdum".
Qeyd edək ki, tam orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı martın 2-i keçirilib. Ölkə üzrə buraxılış imtahanında 23 məktəbli maksimum nəticə göstərib. Onlardan 8-i paytaxtdan, 15-i isə rayonlardandır.