Bakının bəzi ərazilərində qaz KƏSİLƏCƏK

Bakının bəzi ərazilərində qaz KƏSİLƏCƏK

  • 21 aprel 2025, 08:45

Nərimanov rayonunun bəzi küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, Nərimanov rayonunun A.Heydərov və Ə.Əliyev küçələrinin kəsişməsində qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədi ilə 21.04.2025-ci il tarixdə saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.

Qaz təchizatı dayandırılan müddətdə Ağa Neymətulla, A.Heydərov, O.Əliyev, M.Nağıyev, Daş karxanası, Aşıq Pəri, Y.Nəsirov küçələrinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.