Bakı Funikulyoru bu gün PULSUZDUR

Bakı Funikulyoru bu gün PULSUZDUR

  • 05 may 2025, 16:13
Bakı
Bu gün Azərbaycanda yeganə olan Bakı Funikulyorunun 65 yaşı tamam olur. Bakı Funikulyorunun 65 illiyi münasibətilə bu gün saat 17:00-a qədər xidmətdən istifadə ödənişsiz olacaq. Yurd.Media-nın məlumatına görə, bu barədə “modern.az”a açıqlamasında Funikulyor İdarəsinin rəisi Tofiq İsmayılov bildirib. Qeyd edək ki, Funikulyordan ödəniş məbləği hər istiqamət üzrə 1 manat təşkil edir. Xatırladaq ki, funikulyor 5 may 1960-cı ildə istifadəyə verilib. O, tanınmış dövlət xadimi, əməkdar mühəndis Əliş Ləmbəranskinin təşəbbüsü ilə tikilib. SSRİ dövründə xüsusi sifarişlə Ukraynanın Xarkov şəhərində hazırlanaraq buraya gətirilib. Funikulyorun 2 stansiyası var: “Bəhram Gur” və “Şəhidlər Xiyabanı”. Bu nəqliyyat vasitəsi saatda orta hesabla 2 min sərnişini daşımaq imkanına malikdir.