SÜJET

Sülh gündəliyi Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Bank Süni intellekt
Sumqayıtda təhlükəli balon doldurulması sexi bağlanıldı - VİDEO

Sumqayıtda təhlükəli balon doldurulması sexi bağlanıldı - VİDEO

  • 06 dekabr 2025, 11:57
Sumqayıt

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Sumqayıt şəhəri, Yəhya Məmmədov küçəsində yerləşən, Cəlil Alim oğlu Sadıqova məxsus oksigen balonlarının doldurulması sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Fövqəladə Hallar Nazirliyindən Yuird.Media-ya bildirilib ki, yoxlama zamanı obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusunun quraşdırılmadığı, obyektin ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilmədiyi, elektrik təsərrüfatının "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmadığı, obyektin taxta konstruksiyalarına odadavamlı məhlul hopdurulmadığı, obyektdə "Yanğın təhlükəsizliyi Qaydaları"nın tələblərinə zidd olaraq sıxılmış və mayeləşdirilmiş qazla dolu oksigen balonlarının saxlanıldığı, obyektin ərazisinin quru ot və kol-kosdan təmizlənmədiyi aşkarlanıb.

Müəyyən olunub ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Bu səbəbdən sexin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Prime Leasing
SPE Annual Caspian