Bakı-Qazax magistral yolunun Şəmkir rayon ərazisindən keçən hissəsində "VAZ" və "Hundai" markalı avtomobillər toqquşub.
Yurd.Media xəbər verir ki, qəza nəticəsində 1962-ci il təvəllüdlü
Eldəniz Mətiyev ölüb, 1981-ci il təvəllüdlü Elnur Hüseynov Elnur və 2002-ci il təvəllüdlü Ceyhun Salmanov isə xəsarət alıblar. Zərərçəkənlər xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.