SÜJET

Bank Böyük Qayıdış Erməni hərbi cinayətkarların məhkəməsi Süni intellekt Kiberdələduzluq
Narkotik istifadəsi və bədəndən gələn pis qoxular

Narkotik istifadəsi və bədəndən gələn pis qoxular

Narkotik maddələr təkcə psixoloji və fizioloji asılılıq yaratmaqla kifayətlənmir. Onların orqanizmə təsiri daha dərindir və bəzən ən çox diqqətdən qaçan əlamətlərdən biri də bədəndən gələn pis qoxular olur. Bu qoxular insanın özünə və ətrafdakılara ciddi narahatlıq yaradır.

Əslində, hər bir insanın özünəməxsus bədən qoxusu var. Ancaq narkotik maddələr bu təbii tarazlığı pozur. Onlar tərləməyi artırır, ağız və dəri mikroflorasını dəyişir, bədəndə iy verən maddələrin toplanmasına səbəb olur. Bu da bəzən ağır, kəskin və davamlı pis qoxularla nəticələnir.

Hansı narkotiklər necə təsir edir?

Amfetaminlər, tramadol, kodein kimi maddələr orqanizmdə tərləmə prosesini artırır. Nəticədə bədən daha çox ifrazat verir və bu da qoxuya səbəb olur.

Opioidlər və bəzi psixotrop maddələr ağız quruluğu yaradır, tüpürcək azalır, ağız bakteriyaları çoxalır və pis ağız qoxusu meydana çıxır.

Bəzi narkotiklər, xüsusən sintetik olanlar, bədəndə parçalanaraq iy verən kimyəvi maddələrə çevrilir və bu maddələr tər, sidik və nəfəs yolu ilə xaric olur.

Qoxular təkcə fiziki deyil, sosial problemdir.

Narkotik istifadəçilərinin bədən qoxusu bəzən o qədər fərqli və ağır olur ki, bu, onların sosial mühitdən uzaqlaşmasına, utancaqlıq və depressiyaya düşməsinə gətirib çıxarır. Ətrafdakılar üçün isə bu, narahatlıq və uzaqlaşma səbəbi olur.

Əgər belə bir hal müşahidə olunursa, ilk növbədə narkotik istifadəsindən imtina olunmalı, bədən təmizliyi artırılmalı, lazım gəldikdə həkimə müraciət edilməlidir. Amma əsas yol – narkomaniyadan uzaq durmaqdır. Çünki bu maddələr bədəni içəridən çürüdür və bəzən bu çürümə qoxu ilə özünü göstərir.

Məhbubə Mehdiyeva

Prime Leasing