“30 il idi Ağdama gəlirdim, nəhayət bu gün qatarla gəldim. Bu səfərin formatı oxa bənzəyir və erməninin gözünə batacaq. Ağdam torpağındayam, dünyada məndən güclü adam yoxdur”.
Bunu Yurd.Media-ya açıqlamasında Əməkdar jurnalist Cahangir Məmmədli Ağdama 32 ildən sonra ilk qatar səfəri zamanı deyib. O, Ağdamdakı inkişafı Ağ evlə müqayisə edib:
“Hazırda Ağdamdayam və özümü dünyanın ən güclü adamı hesab edirəm. Bu torpağın üstünə ayaq basıb qocalığı hiss etmək olmaz. Ağdam Amerikanın Ağ evi kimidir. Ağdam yenidən qurulur və Ağ evdən də böyük, gözəl olacaq”.