SÜJET

Erməni hərbi cinayətkarların məhkəməsi Böyük Qayıdış Kiberdələduzluq Süni intellekt Bank
Azərbaycanın bölgələrində yeni idarəetmə modelinə keçid zamanı nəyə diqqət olunmalıdır? - VİDEO

Azərbaycanın bölgələrində yeni idarəetmə modelinə keçid zamanı nəyə diqqət olunmalıdır? - VİDEO

Yerli icra hakimiyyətlərinin dəyişikliyi prosesində sistem işləməsə nəticə olmayacaq.

Ağ Partiyanın sədri Tural Abbaslı “Yurddaş” verilişində müsahibəsində Azərbaycanın bölgələrində yeni idarəetmə modelinə keçidlə bağlı bildirib.

Onun sözlərinə görə, vəzifələrin adları dəyişə bilər, amma icra başçılarının funksiyaları əsasən eyni qalacaq:

“Əgər sistem düzgün işləməsə, heç bir dəyişiklik baş verməyəcək”, – deyə Abbaslı vurğulayıb.

Tural Abbaslı qeyd edib ki, hazırda ölkədə ən bacarıqlı məmur adı mediaya çıxmayan məmura aiddir.

“İnsanları ətrafına toplayıb vədlər verirlər, amma ortada heç bir nəticə olmur. Bizdəki icra başçıları Türkiyədə bələdiyyə sədrləri adlanır. Onlar seçilməzdən əvvəl iş yerləri açmaq, kommunal xətlər çəkmək və yolları təmir etmək vədi verirlər. Amma Azərbaycanda hansısa icra başçısından belə işlərin görüldüyünü eşitmisiniz? Yaxud kanallarda müsahibələrini görmüsünüz?” – deyə o qeyd edib.

Prime Leasing