SÜJET

Böyük Qayıdış Daşınmaz əmlak Süni intellekt Bank Sülh gündəliyi
Alman səyyah babalarının izi ilə Göygölə gəlib - VİDEO

Alman səyyah babalarının izi ilə Göygölə gəlib - VİDEO

  • 05 aprel 2026, 22:58
Göygöl

Alman səyyah Göygöl lardan biri Azərbaycanda onun əcdadları tərəfindən inşa olunan şəhəri tapıb.

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev "X" sosial şəbəkə hesabında paylaşım edib.

"Bir alman səyyah əcdadlarının 200 ildən çox əvvəl Azərbaycanda inşa etdiyi şəhəri tapıb", - paylaşımda qeyd olunub.

Qeyd edək ki, Göygöl (keçmiş Helenendorf) şəhəri 1819-cu ildə Almaniyanın Vyutenburq knyazlığından köçən kolonistlər inşa ediblər. Göygöl şəhərindəki əsas alman abidələrindən biri Müqəddəs İohann Lüteran Kilsəsidir (Kirxa). Bu kilsə 1854-cü ildə inşa edilib və Azərbaycanın ilk lüteran kilsələrindən biridir. Hazırda kilsə binasında Göygöl rayon Tarix-Diyarşünaslıq muzeyi fəaliyyət göstərir.

Şəhərin mərkəzində XIX əsrə aid 300-dən çox alman evi qalmaqdadır.

Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları