Qubada yeni asfaltlanmış küçələr təhlükə yaradır

Qubada yeni asfaltlanmış küçələr təhlükə yaradır

Quba

Qubada yeni asfaltlanmış küçələrdə yol nişanlarının olmaması səbəbindən son 15 gündə 4 qəza baş verib.

"Yurd.media" xəbər verir ki, "Rəşad Quliyev" və "Azərbaycan" küçələrinin kəsişməsində tez-tez baş verən qəzalar zamanı avtomobillərlə yanaşı, evlərə də ciddi ziyan dəyir.

Sakinlər "ATV"yə bildirir ki, yaxınlıqda məktəb var və uşaqların həyatı üçün təhlükə yarana bilər.

Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, Quba şəhəri ərazisində mütəmadi olaraq monitorinqlər aparılır. Çatışmayan yol nişanlarının quraşdırılması üçün müvafiq işlər görülür.