Yanan siqaret tullantısı uşağın həyatına təhlükə yaratdı

Yanan siqaret tullantısı uşağın həyatına təhlükə yaratdı

Bakı

Yanan siqaret tullantısı uşağın həyatına təhlükə yaratdı

Paytaxtda yaşayış binasından atılan yanılı siqaret kötüyü uşaq arabasının üzərinə düşərək azyaşlı üçün həyati təhlükə yaradıb.

Yurd.media “ATV News”-a istinadən xəbər verir ki, uşağın anası hadisədən narahat olduğunu, bu halın ilk dəfə yaşanmadığını və dəfələrlə uşaqlarla həyətdə olarkən sakinlərin siqaret kötüklərini eyvandan atdıqlarını bildirib.

Hətta digər sakinlər bu halların çox yaşandığını, siqaretin uşağın başına düşdüyünü, ədyalı yandırdığını, yol gedərkən yanlarına belə düşdüyünü deyərək şikayətləniblər.

Təhlükəsizlik məsələləri üzrə ekspert Samir Nəbiyevin sözlərinə görə, bu istiqamətdə sakinlər arasında təbliğat işləri aparılmalıdır:

“Əgər hər hansı şəxs öz şəxsi ərazisində, evinin eyvanında tütündən istifadə edirsə, mütləq kül yaxud tütün qabı olmalıdı. Çünki küləkli havada bu başqa eyvana yaxud əraziyə düşərək yanğına səbəb ola bilər

Əgər insanlar bu hallara diqqət etməsələr təhlükəyə səbəb ola və insanlara zərər gətirə bilər. Bunun üçün sakinlər arasında təbliğat işləri aparılmalıdır.

DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov bu kimi hallarda İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tədbirlərinin həyata keçirilməsinin mümkünlüyünü bildirib:.

“İnsanlar arasında geniş təbliğat işləri həyata keçirilir ki, tütün məhsullarından istifadə zamanı siqaret qalığının təyin olunmuş yerlərə atılmalıdır. Qanunu pozanlar isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati tədbirlər həyata keçirilir”.

Qeyd edək ki, qanunvericiliyə əsasən tütün qalığını yerə atan şəxslər 300 manata qədər cərimə ediləcək.