Xaçmazda, Gəndob-Xaçmaz-Yalama avtomobil yolunun Yaquboba kəndi ərazisindən keçən hissəsində hərəkətdə olan “Toyota” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.
Yurd.Media xəbər verir ki, hadisə zamanı avtomobildə olan 4 nəfər - Bakı şəhər sakinləri, sürücü 1984-cü il təvəllüdlü Tərlan Həsənbəyov və onun oğlu 2014-cü il təvəllüdlü R.Həsənbəyov, Xaçmaz rayon sakinləri 1962-ci il təvəllüdlü Xanlar Balacayev və onun həyat yoldaşı 1965-ci il təvəllüdlü Aynaxanım Balacayeva müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Xaçmaz rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib. Həkimlərin müdaxiləsinə baxmayaraq, yaralı Tərlan Həsənbəyovun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.