SÜJET

Ramazan 2026 Böyük Qayıdış Bank Süni intellekt Daşınmaz əmlak
Sahibsiz itlər bu dəfə Qəbələdə təhlükə yaradır

Sahibsiz itlər bu dəfə Qəbələdə təhlükə yaradır

Qəbələ

Qəbələdə sürü şəklində gəzən sahibsiz itlər axşam saatlarında insanları təşfişə salır.

"Yurd.media" xəbər verir ki, şəhərin M.Məmmədov küçəsinin sakinləri "ATV"yə bildirir ki, itlərə görə zibil atmağa belə gedə bilmirlər. Onlar itlərin dəfələrlə uşaqlara hücum etdiyini bildirirlər:

"Uşaqları özümüz aparıb-gətiririk. Heç bir kəs buna bir əlac etmir. Uşaqlar məktəbə gedə bilmir, özümüz yola çıxa bilmirik. İtlər ən çox zibillikdə olur. İtlərə görə 4 zibilliyi ləğv etdilər. Çünki neçə uşağı yaralayıbdır".

Qəbələ rayon heyvan sağlamlığı və baytarlıq xidmətləri idarəsindən bildirilib ki, rayon ərazisində mövcud olan sahibsiz itləri quduzluq xəstəliyindən qorumaq məqsədilə hər il epizotik tədbirlər planına uyğun olaraq aldadıcı yem vasitəsilə profilaktiki tədbirlər həyata keçirilir:

"Amma itlərin ümumiyyətlə yığışdırılması mütləq görünür və bu məsələyə baxılacaq".

Sahibsiz itlər bu dəfə Qəbələdə təhlükə yaradır
Prime Leasing
Skat.az - Ev və Avtomobil elanları