Arzusu hərbçi olmaq idi... Mina qurbanı olan DSX hərbçisi dəfn edildi

"Arzusu hərbçi olmaq idi"... Mina qurbanı olan DSX hərbçisi dəfn edildi

Lənkəran

Dövlət Sərhəd Xidmətinin (DSX) hərbi qulluqçusu Əsgər Musayev Cəbrayıl rayonunda minaya düşərək həlak olub.

"Yurd.media" Baku TV-yə istinadən xəbər verir ki, onun nəşi anadan olduğu Lənkəran rayonuna aparılıb.

"Uşaq vaxtı özü üçün silah düzəldirdi. Arzusu hərbçi, şəhid olmaq idi. Axır ki, istəyinə çatdı", - deyə mərhumun əmisi bildirib.

Əsgər Musayev Göyşaban kənd qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Dövlət Sərhəd Xidmətinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu Musazadə Əsgər Nicat oğlunun partlayış nəticəsində ölməsi faktı əsasında Füzuli Hərbi Prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən müvafiq baxışlar aparılıb, məhkəmə tibbi ekspertin iştirakı ilə meyitin müayinəsi keçirilib, eləcə də digər hərəkətlər icra edilib.