Sumqayıtda yaşıllıqların salınmasına 300 min manat xərclənəcək.
"Yurd.Media"nın əldə etdiyi məlumata görə, Sumqayıt Şəhər Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi Yaşıllaşdırma İdarəsi bununla bağlı hazırlıqlara başlayıb.
Belə ki, yaşıllıq salınması planlaşdırılan şəhər ərazisində 20 min ədəd qızıl gül, 5 min ədə sinerelya, 7 min ədəd şəmşad, 500 ədəd eldar şamı, 30 min ədəd karpobrotus, 11 min ədəd sərv ağac və gülləri əkiləcək.
İdarə yaşıllıqların salınması işlərini “Saffira” şirkətinə həvalə edib.