Bu ilin yanvar-mart aylarında Azərbaycanda əhali toxuculuq məhsulları, geyim və ayaqqabılara 2 milyard 174,9 milyon manat pul xərcləyib.
Yurd.Media "Teleqraf"a istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz artıb.
İstehlakçıların pərakəndə ticarət şəbəkəsində xərclədiyi vəsaitin 14,9 faizi bu kateqoriyaya sərf edilib.
Xatırladaq ki, 2024-cü ildə isə geyim məhsullarına, ümumilikdə, 9 milyard 48,4 milyon manat xərclənmişdi.