Roma Papası Fransisk bu gün Vatikanda Müqəddəs Məryəm Major Bazilikasında dəfn edilib.
Yurd.Media xəbər verir ki, vida mərasimi ictimaiyyət üçün açıq olsa da, dəfn mərasimi özəl şəkildə həyata keçirilib.
Papa ilə rəsmi vida mərasimi İtaliyanın paytaxtı Romada Müqəddəs Pyotr Bazilikasında keçirilmişdi.
Pontifikin dəfnində minlərlə dindar və təxminən 50 dünya lideri gəlib.
Dəfn mərasimi Vatikanda Müqəddəs Pyotr meydanında keçirilir. İbadətə kardinallar kollegiyasının dekanı kardinal Covanni Battista Re rəhbərlik edib.
Qeyd edək ki, aprelin 21-də 88 yaşında vəfat edən Papa ilə üç gün ərzində Müqəddəs Pyotr Kilsəsinə vidalaşmağa 250 min insan gəlmişdi.