Kosmosun bizə bəxş etdiyi məhsullar - quru şampun, Bluetooth texnologiyası...

Kosmosun bizə bəxş etdiyi məhsullar - quru şampun, Bluetooth texnologiyası...

Ötən əsrdən etibarən kosmosun tədqiq olunması oraya uçan kosmonavtlar üçün şəraitə uyğunlaşdırılmış qida, gigiyena və digər vasitələr yaratmağı vacib etdi. Həmin məhsullar sonradan Yerdəki insanların da dadına çatmağa başladı.

Yurd.Media gündəlik həyatımızda istifadə olunan bir neçə "kosmik məhsul"u təqdim edir.

Qurudulmuş sup

Sublimasiya kosmik mətbəxdə əvəzolunmaz texnologiya hesab olunur. Bu üsulla məhsul əvvəlcə dondurulur, sonra isə təzyiq aşağı salınaraq istilik verilir və su buxara çevrilir. Nəticədə məhsul az yer tutur, uzun müddət saxlanılır və su əlavə etməklə sürətli hazırlanır. Bu üsul indi hazır şorbalar, sıyıqlar, meyvə çipsləri və hətta quru dondurmada da istifadə edilir.

Tublardakı diş pastası

Tublarda qablaşdırmalar ilk olaraq kosmos üçün icad olunub. Yeməklərin uzunmüddətli saxlanması üçün həmçinin vakuum qablaşdırma da məhz kosmik ehtiyaclardan doğub.

Joystik
İlk "joystick"lərAyda hərəkət edən cihazların idarə edilməsi üçün yaradıldı. Bu texnologiya sonradan oyun sənayesinə ötürüldü və bu gün hər bir oyunçu üçün əlçatan oldu.

Smartfon kameraları

Kosmosda istifadə üçün hazırlanmış ilk kompakt kameralar sonradan mülki istifadəyə də keçdi. Sensorların kiçildilməsi və enerjiyə qənaət edən texnologiyalar sayəsində bugünkü smartfon kameralarını istifadə etmək mümkün oldu.

Bluetooth texnologiyası

Açıq kosmosda astronavtlarla fasiləsiz əlaqə qurmaq üçün yaradılmış bu sistem, daha sonra Bluetooth kimi gündəlik istifadə olunan texnologiyaya çevrildi.

Quru şampun
1980-ci illərdə hazırlanmış "Aelita" adlı suya ehtiyac duymayan quru şampun, hələ də kosmik stansiyalarda istifadə olunur. Bu vasitə su istifadə etmədən saç və baş dərisini təmiz saxlamağa imkan verir.

Ev üçün tonometr
Kosmonavtların sağlamlıq monitorinqi üçün 1960-cı illərdə hazırlanmış avadanlıqlar sonradan 1970-ci illərdə gündəlik istifadə üçün uyğunlaşdırıldı. İlk avtomatik qan təzyiqi ölçən cihaz Yaponiyada yaradıldı.

İnfraqırmızı termometr
Ulduzların istiliyini ölçmək üsulundan ilhamlanan infraqırmızı termometrlər 1990-cı illərdə tibbdə istifadəyə verildi. Xüsusilə pandemiya dövründə bu cihazlar təmassız temperatur ölçmə imkanları ilə əvəzsiz oldular.