Alimlər süni intellektin imkanlarından istifadə edərək qəfil ürək dayanmasını iki həftə əvvəl proqnozlaşdırmağı mümkün edən yeni sistem hazırlayıblar.
Yurd.Media Britaniyanın nüfuzlu tibb jurnalı "The Lancet"ə istinadla xəbər verir ki, bu innovativ texnologiya dünyanın müxtəlif ölkələrindən olan elm adamlarının əməkdaşlığı ilə yaradılıb.
Sistemin hazırlanması üçün altı ölkədən toplanan çoxsaylı elektrokardioqram (EKQ) məlumatları, ümumilikdə 240 mindən çox qeyd təhlil olunub. Bu məlumatlar əsasında ürəkdəki problemləri erkən mərhələdə aşkar edə bilən neyroşəbəkə formalaşdırılıb.
Parisdə yerləşən Kardiologiya Tədqiqat Mərkəzində yaradılan sistem ürəkdə baş verən ən kiçik dəyişiklikləri belə müəyyən edərək, 70% dəqiqliklə qəfil ürək dayanmasını proqnozlaşdıra bilir.
Qeyd edək ki, dünyada ən çox ölüm hallarından biri qəfil ürək dayanmasıdır. Hər il təxminən 300 min insan bu səbəbdən həyatını itirir. Yeni texnologiyanın tətbiqi ilə bu sayın əhəmiyyətli dərəcədə azala bilər.