Venesiya şadlıq sarayının nümayəndəsindən dünənki zəhərlənmə ilə bağlı AÇIQLAMA

"Venesiya" şadlıq sarayının nümayəndəsindən dünənki zəhərlənmə ilə bağlı AÇIQLAMA

  • 19 aprel 2025, 23:03
Bakı

Bakıda ötən gün kütləvi zəhərlənmənin qeydə alınan "Venesiya" şadlıq sarayının administratoru Nəbi Baxşəliyev hadisə ilə bağlı açıqlama verib.

Yurd.Media xəbər verir ki, Baku TV-yə danışan Nəbi Baxşəliyev qeyd edib ki, hadisə baş verən gün şadlıq sarayının hər iki zalında məclis olub, lakin təkcə birindəki qonaqlar arasında zəhərlənmə faktı qeydə alınıb.

"Qida Təhlükəsizliyi Agentliyi məsələ ilə bağlı araşdırma aparır. Qidaların hamısı şadlıq sarayına sertifikasiya əsasında daxil olur. Zəhərlənməyə nəyin səbəb olduğu bizə də maraqlıdır", - deyə administrator əlavə edib.

Qeyd edək ki, aprelin 18-də saat 22:30-da Xətai rayonunda yerləşən "Venesiya" şadlıq sarayından zəhərlənmə şübhəsi ilə ümumilikdə 36 nəfər olmaqla, 25 nəfər Kliniki Tibbi Mərkəzə, 10 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Sabunçu Uşaq Yoluxucu Xəstəxanasına hospitalizasiya olunub.