Qlüten və laktoza dözümsüzlüyü olan insanlar üçün ən faydalı səhər yeməkləri - SİYAHI

Qlüten və laktoza dözümsüzlüyü olan insanlar üçün ən faydalı səhər yeməkləri - SİYAHI

Qlüten və laktoza dözümsüzlüyündən əziyyət çəkən insanlar üçün qida rasionunu seçmək olduqca çətindir. Çox vaxt da həmin şəxslər yeməklərin dadsız olmasından gileylənirlər.

Yurd.Media xəbər verir ki, qida eksperti Adelina Muryasova Rusiya KİV-nə verdiyi müsahibəsində qlütendən dözümsüzlüyü olan insanlara səhərlər qarabaşaq, qarğıdalı sıyığı, smuzi və ya meyvə salatı yeməyi məsləhət görür.

Ekspert qeyd edib ki, düzgün inqrediyentlər seçildikdə səhər yeməyi həm dadlı, həm də faydalı ola bilər.

Mütəxəssisin fikrincə, qluten dözümsüzlüyü olan şəxslər üçün balanslı qidalanma vacibdir, çünki düyü, qarğıdalı və qarabaşaq unundan evdə qlütensiz çörək hazırlamaq elə də çətin deyil.

Eyni zamanda A. Muryasova bildirib ki, belə şəxslər bol meyvə salatı və smuzi qəbul etməsi məqbuldur. O, vurğulayıb ki, mağazalarda artıq laktozasız süd və süd məhsulları, eləcə də bitki mənşəli içkilər tapmaq mümkündür.

Mütəxəssis bildirir ki, həm sağlam insanlar, həm də dözümsüzlüyü olanlar üçün keyfiyyətli və faydalı səhər yeməyi vacibdir.

“Əsas məqsəd orqanizmi günə hazırlamaq, qida və enerji ilə təmin etməkdir”, - Muryasova qeyd edib.

O, pəhrizdə taxıl çörəyi, yumurta, balıq, kəsmik və toyuq kimi keyfiyyətli protein mənbələri, həmçinin təzə meyvə və tərəvəzi daxil etməyi tövsiyə edib.

Qeyd edək ki, qlüten və laktoza dözümsüzlüyü bir xəstəlik deyil, qida intoleransıdır. Dünya üzrə insanların təxminən 1 faizində bu problemə rast gəlinir.