Baş ağrıları bir çoxlarının mütəmadi rastlaşdığı bəladır. Normal həyata qayıtmaq üçün hər dəfə ağrıkəsici dərmanların qəbulu həkimlər tərəfindən tövsiyyə olunmur. Bəs təbii vasitələrdən baş ağrılarını nə kəsə bilər?
"Yurd.Media" xəbər verir ki, nevroloji uzman professor Dərya Uludüz "Sözcü"yə düzgün qidalanmanın baş ağrısına müsbət təsiri olduğunu bildirib. D.Uludüz baş ağrıları üçün bu qidaları tövsiyyə edir:
SU
Susuzluq beyin toxumasının daralmasına səbəb olur və nəticədə baş ağrısı yaranır. Gün ərzində ən az 8 stəkan su içmək, sadəcə dərini deyil, beyni də gənc tutar. Başınız ağrımağa başlayandan əvvəl bir stəkan su için. Bəlkə də ehtiyac olan elə odur.
BADAM
Miqren və ya xroniki baş ağrısı yaşayanlar üçün B2 vitamini təbii vasitələrdən biridir. Beynin enerji istehsalında iştirak edərək baş ağrıların sıxlığını və müddətini azalda bilər. Səhər yeməyində yeyilən bir soyutma yumurta, bir boşqab qatıq və ya bir ovuç badam bu ehtiyacı qarşılamaqda effektivdir.
QƏHVƏ
Az miqdarda kofein də baş ağrılarını azalda bilər. Bu səbəbdən bəzi ağrıkəsici dərmanların tərkibində kofein var. Ancaq gündə 1-2 fincandan çox olmamaq şərti ilə qəhvə içmək bu təsiri göstərər. Daha çox qəhvə içmək tam tərs effekt verər, damarlarda genişlənməyə səbəb olar.
CÖKƏ
Cökə çayı əzələləri rahatlayır, stresi azaldır, sinir sistemini rahatladır. Bu təsirlər, əsasən gərginlik kimi baş ağrılarında olduqça faydalıdır. Axşam yeməyindən sonra içilən bir fincan bitki çayı, həm beyni rahatladır, həm də yuxuya getməyi asanlaşdırır.
MİNERAL SU
Maqnezium sinir sisteminin balanslı işləməsi üçün önəmli bir mineraldır. Beyində sinir toxumalarının bir-biri ilə xəbərləşməsini təmin edir. Maqneziumun azlığı beyindəki elektrik fəaliyyətini pozaraq baş ağrılarına səbəb ola bilər. Bu səbəbdən balqabaq toxumu, ispanaq kimi maqneziumla zəngin qidalar həm sinirləri sakitləşdirir, həm də damarların lazımsız daralmasının qarşısını alır.
Xüsusilə sıx miqrenlə üzləşənlər üçün mineral suyu, sinir sistemini sakitləşdirir, damar sancılarını azaldır.
Mineral suyu içərkən sodium nisbəti az, maqnezium nisbəti çox olanları seçmək vacibdir. Gündə 1 şüşə davamlı istifadə etmək, baş ağrısı sıxlığını azaltmağa kömək edə bilər.
Xüsusilə stresli vaxtlarda ya da menstruasiyadan əvvəl baş ağrısı yaşayan qadınlarda maqnezium istehlakı vacibdir.
YAĞLI BALIQ
Xüsusilə miqren kimi baş ağrısı tiplərində, beyindəki damarlarda və ətrafındakı sinirlərdə bir növ "mikro iltihab" baş verir. Omeqa-3 bu iltihab dalğasını rahatlaşdırır. Eyni zamanda serotonin kimi beyin kimyəvi maddələrin istehsalını dəstəkləyərək əhval-ruhiyyəni tarazlaşdırır. Həftədə ən az iki dəfə qızılbalıq, sardina, ton balığı, skumbriya kimi yağlı balıq və ya hər gün bir ovuc qoz yemək, ağrını idarə etməkdə təəccüblü dərəcədə təsirli olur.
ZƏNCƏFİL
Təbiətin bizə bəxş etdiyi ən güclü ağrıkəsicilərdən biridir. Eynilə bəzi ağrı kəsicilər kimi bədəndə iltihab istehsal edən fermentləri bloklayır.
Xüsusilə ürəkbulanma ilə birlikdə gələn miqren hücumlarında, zəncəfil həm mədəni sakitləşdirir, həm də baş ağrısını zəiflədir. Təzə zəncəfildən edilən bir çay ya da rəndələnmiş zəncəfili qatığa qatışdıraraq istifadə etmək rahatlamanı təmin edir.
professor Dərya Uludüz