Azərbaycanın Xalq rəssamı vəfat edib

Azərbaycanın Xalq rəssamı vəfat edib

  • 30 aprel 2025, 22:26

Azərbaycanın Xalq rəssamı Rafiz İsmayılov 86 yaşında vəfat edib.

Yurd.Media xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Film Fondunun kinoarxiv şöbəsinin müdiri Rəşad Qasımov məlumat verib.

R.İsmayılov 1939-cu il martın 30-da Bakı şəhərində anadan olub. 1962-ci ildə Azərbaycan Dövlət Rəssamlıq Məktəbini bitirdikdən sonra Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun rəssamlıq fakültəsində təhsil alıb.

O, 1972-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işə başlayıb, onlarla bədii filmlə yanaşı, teatr tamaşalarının və bir neçə animasiya filminin quruluşçu rəssamı olub. "Xalq rəssamı" fəxri adına 2000-ci ildə layiq görülüb.