SOCAR-ın şirkətinin adı dəyişdirildi

SOCAR-ın şirkətinin adı dəyişdirildi

SOCAR-ın şirkəti yeni adla fəaliyyət göstərməyə başlayıb

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) 2012-ci ildə yaratdığı “SOCAR - Foster Wheeler Mühəndislik” MMC yeni adla fəaliyyət göstərməyə başlayıb. 

"Yurd.media"nın əldə etdiyi məlumata görə, şirkət artıq “SOCAR Services Engineering” adlanır. 

Bu kommersiya qurumu beynəlxalq əməliyyatlar aparmaq üçün – 200 min avro nizamnamə kapitalı ilə yaradılıb. Şirkətə Elməddin Dadaşov rəhbərlik edir.