Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) rayonlarda yeni ofislər icarəyə götürüb.
"Yurd.media"nın əldə etdiyi məlumata görə, siyahıda ölkənin 12 şəhəri öz əksini tapıb.
Məlumata görə, AYNA ofislərin illik icarə haqqına görə həmin qeyri-yaşayış obyektlərinin sahiblərinə ümumilikdə 200 min manata yaxın vəsait ödəyib.
Agentliyin ən bahalı ofisləri Gəncə, Tovuz, Lənkəran və Bərdə şəhərlərində yerləşir.
Gəncə şəhəri
Fikrət Əmirov küçəsi, ev 20A ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış obyektinin (sahəsi 271.0 kv. m) illik icarə haqqı 32 400 manatdır.
Şirvan şəhəri
A.Əhmədov küçəsi 3 ünvanında yerləşən qeyri-yaşayış obyektinin sahəsi 250 kv. m olan ikinci mərtəbəsinin illik icarə haqqı 3 450 manatdır.
Şamaxı şəhəri
48 məhəllə ünvanında yerləşən qeyri-yaşayış obyektinin sahəsi 70 kv. m olan ikinci mərtəbəsinin illik icarə haqqı 16 200 manatdır.
Mingəçevir şəhəri
H.Əliyev pr.110 ünvanında yerləşən qeyri-yaşayış obyektinin sahəsi 150 kv. m olan birinci mərtəbəsinin illik icarə haqqı 2 400 manatdır.
Tovuz şəhəri
İsmayıl Mürşüdov 1 ünvanında yerləşən qeyri-yaşayış obyektinin 1-ci mərtəbəsinin 170 kv. m olan sahəsinin illik icarə haqqı 22 500 manatdır.
Lənkəran şəhəri
Füzuli 75 ünvanında yerləşən qeyri-yaşayış obyektinin sahəsi 363 kv. m olan ikinci mərtəbəsinin illik icarə haqqı 21 000 manatdır.
Şəki şəhəri
Sabit Rəhman - 15 ünvanında yerləşən 2 mərtəbəli qeyri-yaşayış obyektinin sahəsi 80.0 kv. m olan ikinci mərtəbəsinin illik icarə haqqı 16 200 manatdır.
Bərdə şəhəri
Heydər Əliyev prospektində yerləşən ümumi sahəsi 115 kv. m olan qeyri-yaşayış obyektinin illik icarə haqqı 20 940 manatdır.
Yevlax şəhəri
Bakı prospekti 31 ünvanında yerləşən qeyri-yaşayış obyektinin sahəsi 250 kv. m olan 2-ci mərtəbəsinin illik icarə haqqı 16 500 manatdır.
İmişli şəhəri
H.Əliyev prospekti 170 ünvanında yerləşən qeyri-yaşayış obyektinin sahəsi 209 kv. m olan üçüncü mərtəbəsinin illik icarə haqqı 14 400 manatdır.
Göyçay şəhəri
Y.Kovalyov 14 ünvanında yerləşən qeyri-yaşayış obyektinin sahəsi 242 kv. m olan 6 otağının illik icarə haqqı 2 250 manatdır.
Quba şəhəri
223 Diviziya 9A ünvanında yerləşən sahəsi 360.4 kv. m olan qeyri-yaşayış obyektinin illik icarə haqqı 27 360 manatdır.