Qubada 30-dan çox kəndi birləşdirən körpü nə vaxt bərpa olunacaq? - VİDEO

Qubada 30-dan çox kəndi birləşdirən körpü nə vaxt bərpa olunacaq? - VİDEO

Quba

Quba rayonundakı Qaraçay çayı üzərində 8 gündür bağlı olan körpünün dayaqları bir qədər də çöküb, qəzalı vəziyyət daha da artıb. Bu körpü 30-dan çox kəndinə gediş-gəlişi təmin edir. Müvəqqəti olaraq, sürücülər Pirvahid, İkinci Nügədi yolundan istifadə edir. Piyadalar isə təhlükəli vəziyyətdə olan körpüdən istifadə edirlər.

Yurd.Media xəbər verir ki, körpünün ilkin təmir-bərpa işlərinə başlanılıb.

Mühəndis Malik Atakişiyev "İTV"yə bildirir ki, zədəli körpü bərpa ediləndən sonra maşınlar alternativ yol kimi istifadə edəcək. Həmin yolun sağından layihəyə uyğun ağır texnikaların gedib-gəlməsi üçün körpü hazırlanacaq. Onun sözlərinə görə, bu körpü keçmişdə ağır texnikaların hərəkəti üçün tikilməyib. Hal hazırda körpüdən 60 tonluq texnikalar keçir və ona uyğun bizim layihələr hazırlanıb, işlənilir.

Yeni körpünün işlərinin payızın əvvəlində başa çatdırılması gözlənilir.

Qeyd edək ki, aprelin 22-də Qaraçay üzərindəki 101 metr uzunluğuna malik və 4 aşırımdan ibarət körpü güclü sel sularının təsirindən qəzalı vəziyyətə düşüb. Dayaqlar əyildiyindən körpünün hərəkət hissəsində iri çatlar yaranıb, çökməyə başlayıb. Körpüylə nəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılıb.