Sumqayıtda ticarət mərkəzində yanğın olub

Sumqayıtda ticarət mərkəzində yanğın olub

  • 19 aprel 2025, 23:18
Sumqayıt

Sumqayıt şəhərində ticarət mərkəzində yanğın baş verib.

Yurd.Media-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112" qaynar telefon xəttinə Sumqayıt şəhərində ticarət mərkəzində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Hadisə yerində yanğınsöndürənlərin gördüyü zəruri və təxirəsalınmaz tədbirlər sayəsində ticarət mərkəzində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə tam söndürülüb.