Məlumat saat 9:34-də daxil olub. Hadisə yerinə 12 yanğınsöndürən avtomobili cəlb olunub.
Yurd.Media xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında FHN-nin Mətbuat Xidmətinin əməkdaşı Ehtiram Xəlilov deyib.
"Ümumilikdə 2000 kvadratmetr olan istixananın 1400 kvadratmetri yağından mühafizə olunub. Yanğın tamamilə söndürülüb", - deyə E.Xəlilov bildirib.
***
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Yurd.Media-nın məlumatına görə, hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.
***
Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində obyektdə yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən Yurd.Media-ya verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.