Qubada yola düşən qaya parçaları təmizlənib, 20-dən çox kəndlə əlaqə bərpa olunub - FOTO

Qubada yola düşən qaya parçaları təmizlənib, 20-dən çox kəndlə əlaqə bərpa olunub - FOTO

  • 19 aprel 2025, 16:27
Quba

Qubada "Təngə Dərəsi" adlanan ərazidə yola qaya parçaları düşüb, 20-dən çox kənd və yaşayış məntəqəsi ilə əlaqə bərpa olunub.

Yurd.Media xəbər verir ki, Quba-Qonaqkənd-Muçu avtomobil yolunun bağlanmasına görə, 20-dən artıq yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsi kəsilmişdi.

11 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı İdarəsinin ağır texnikası və canlı qüvvəsi yolun açılmasını təmin edə bilib.

Qeyd edək ki, Quba-Qonaqkənd-Muçu avtomobil yolu Quba rayonu ilə qonşu olan Şamaxı rayonuna dağ yolu vasitəsilə birləşir.


Aydın Adıgözəlov, Quba.