Mingəçevirdə güclü külək məktəb və bağçaya ziyan vurub -VİDEO

Mingəçevirdə güclü külək məktəb və bağçaya ziyan vurub -VİDEO

Mingəçevir

Mingəçevirdə güclü külək yağışdan islanmış ağacları aşırıb, məktəb və bağçaya ziyan dəyib.

"Yurd.Media" "Xəzər TV"yə istinadən xəbər verir ki, ağaclardan biri 14 saylı körpələr evi-uşaq bağçasının həyətinə düşüb, dəmir hasarları yararsız hala salıb.

Şəhərin "Yaşar Muradov" küçəsində isə kökündən qopan tut ağacı isə sakinlərdən birinə məxsus qarajın üzərinə aşıb.

Həmçinin, şəhər 11 saylı orta məktəbin həyətində iri gövdəli ağac aşaraq, gediş-gəlişi çətinləşdirib. Aşan ağac məktəbin hasarını uçurub.

Aşan ağaclar şəhər yaşıllaşdırma və sanitar təmizlik idarəsinin əməkdaşları tərəfindən doğranaraq, ərazidən götürülüb.