Gəncədə 35 yaşlı kişi ayağından bıçaqlanıb

Gəncədə 35 yaşlı kişi ayağından bıçaqlanıb

  • 21 aprel 2025, 10:31
Gəncə

Aprelin 20-də saat 19:00 radələrində 1990-cı il təvəllüdlü şəxs (kişi cinsli) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən Yurd.Media-ya verilən məlumata görə, sol budun deşilmiş yarası və sağ budun üçdə bir hissəsinin deşilmiş yarası diaqnozu təyin edilən şəxsə zəruri tibbi xidmətlər göstərilib.

Vəziyyəti qənaətbəxş qiymətləndirilən şəxs ambulator müalicə üçün evə buraxılıb.