Azərbaycan Respublikasının Əməkdar memarı Cəmaləddin Qədirov vəfat edib.
Yurd.Media xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a onun yaxınları məlumat verib. Bildirilib ki, C.Qədirov 72 yaşında dünyasını dəyişib. Xatırladaq ki, Cəmaləddin Bəy oğlu Qədirov 1953-cü ildə Qusarda anadan olub. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirib.