Dünyanın ən məşhur mesajlaşma proqramlarından olan "WhatsApp" mayın 5-dən bəzi köhnə "iPhone" modellərində işləməyi dayandıracaq. Bu tarixdən sonra onlar mesaj göndərə və ya qəbul edə bilməyəcəklər.
Yurd.Media xəbər verir ki, bu cihazlar iPhone 5s, iPhone 6, iPhone 6 Plusdur.
"Meta" ilə əlaqəli proqram indi yalnız iOS 15.1 və daha yuxarı versiyalarla işləyən cihazlarda dəstəklənəcək. Bu o deməkdir ki, köhnə modelləri olan istifadəçilər "WhatsApp"dan istifadə etmək üçün ya cihazlarını təkmilləşdirməli, ya da iOS 15.1-ə yeniləməli olacaqlar.