Bölgələrdə tibb kollecləri açılacaq?

Bölgələrdə tibb kollecləri açılacaq?

  • 25 aprel 2025, 15:18

"Bölgələrdə tibb kolleclərinin açılması nəzərdə tutulur".

Yurd.Media xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin İnsan resursları, elm və təhsil şöbəsi müdirinin müavini Təranə Əhmədova Milli Məclisdə “Əhalinin sağlamlığının qorunması haqqında”, “Özəl tibb fəaliyyəti haqqında” və “Dərman vasitələri haqqında” qanunun müzakirəsi zamanı deyib. O bildirib ki, Davamlı Peşəkar İnkişaf proqramı dünyada bir çox sahələrdə tətbiq olunur:

"Eyni zamanda, proqramı həm həkimlərə, həm orta tibb heyətinə, həm də əczaçılara şamil edirik. Tibb mütəxəssislərinin sosial müdafiəsi olduqca vacib idi. Onlara şans veriliəcək. 6 ay müddətində yenidən hazırlaşacaqlar. Hazırda akkreditasiya qaydaları hazırlanır. Bundan başqa, müstəqil fəaliyyət kimi şəxslərin təcrübə üçün başqa yerlərə ezam olunması nəzərdə tutulur".

O bildirib ki, bölgələrdə tibb kollecinin açılması nəzərdə tutulur:

"Hazırda nazirliyin tabeliyində 10 tibb kolleci var. Monitorinq aparılır, hansı ərazidə tibb kollecinin açılmasına ehtiyac varsa, ona uyğun addım atılacaq".