Sumqayıtda yeniyetmə qızı döyüb, videoya çəkib, görüntüləri sosial şəbəkələrdə paylaşıblar.
Yurd.Media xəbər verir ki, həmyaşıdına şiddət göstərən qızın da şəhər sakini olduğu iddia edilir.
Həmin şəxsin daha əvvəl də oxşar əməllər etdiyi bildirilir.
Qeyd edık ki, azyaşlı qız amansızcasına döyülüb, videoya çəkilib, görüntüləri sosial şəbəkələrdə paylaşılıb.
Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli bildirib ki, görüntülərlə bağlı araşdırma aparılır:
“Tərəflər müəyyən olunub. Onlar polis orqanına dəvət olunublar. Polis əməkdaşları tərəfindən mübahisə ilə əlaqədar profilaktik tədbirlər davam etdirilir”.