İtlərin hücum çəkdiyi sumqayıtlı uşaqların SON DURUMU

İtlərin hücum çəkdiyi sumqayıtlı uşaqların SON DURUMU

Sumqayıt

İtlərin ötən gün hücum çəkdiyi sumqayıtlı uşaqların son durumu məlum olub.

Yurd.Media-nın məlumatına görə, TƏBİB-dən Oxu.az-a bildirilib ki, aprelin 9-u saat 18:00-da it dişləməsi diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki Uşaq Xəstəxanasına yerləşdirilən 2020-ci il təvəllüdlü şəxsin (kişi cinsli) müalicəsi davam etdirilir.

"Başın dişlənmiş-didilmiş yarası diaqnozu təyin edilən pasiyentin vəziyyəti stabil qiymətləndirilir. Digər beş nəfərin hər birinə zəruri tibbi yardımlar göstərilib. Müvafiq peyvənd vurulan, vəziyyəti qənaətbəxş olan dörd nəfər isə ambulator müalicə üçün evə buraxılıb", - deyə məlumatda vurğulanır.

Qeyd edək ki, ötən gün saat 18 radələrində 6 nəfər it dişləməsi diaqnozu ilə Sumqayıt Tibb Mərkəzinin nəzdindəki tibb müəssisələrinə hospitalizasiya olunub.