Kiberdələduzlar indi də yerli mobil şəbəkə operatorlarının adından zəng edir

Kiberdələduzlar indi də yerli mobil şəbəkə operatorlarının adından zəng edir

  • 04 may 2025, 16:16

Son zamanlar kiberdələduzlar tərəfindən vətəndaşlara yerli mobil şəbəkə operatorlarının adından dələduzluq həyata keçirilir.

Yurd.Media xəbər verir ki, DİN-in mətbuat xidmətindən verilən məlumata görə, qurumun adına səhifə yaradılaraq istifadəçilər saxta kampaniyalara cəlb olunur.

Həmçinin səhifədə yerləşdirilən saxta keçid vasitəsilə müxtəlif internet paketi tarif dəyərindən aşağı qiymətə təklif edilir.

Daxili İşlər Nazirliyi vətəndaşlara belə saxta səhifələrə qarşı diqqətli olmağı, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi, rəsmi məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirməyi tövsiyə edir.