Bərdədə bu yollar yenidən qurulur - İNFOQRAFİKA

Bərdədə bu yollar yenidən qurulur - İNFOQRAFİKA

Bərdə

Bərdədə 15 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsi arasında gediş-gəliş xeyli yaxşılaşdırılacaq.

“Yurd.media”nın məlumatına görə, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən rayonunun Əmirli–Xanağalı–Uğurbəyli və Alpout–Qarayusifli–Tumaslı avtomobil yollarının yenidən qurulması istiqamətində işlərə start verilib.

Əmirli-Xanağlı-Uğurbəyli yolu 27 kilometr, Alpout-Qarayusifli-Tumaslı yolu isə 5.5 kilometr uzunluğa malikdir. Hər iki yolun eni 10 metrə qədər genişləndirilir.

Qeyd edək ki, layihənin Əmirli-Xanağlı-Uğurbəyli hissəsində Qarabağ kanalı üzərində yeni körpünün tikintisi də planlaşdırılır.