Azərbaycan Premyer Liqasında bu gün keçiriləcək iki oyunla 30-cu tura yekun vurulacaq.
Yurd.Media xəbər verir ki, əvvəlcə “Kəpəz” “Araz-Naxçıvan”ı qəbul edəcək. Tovuz şəhər stadionunda keçiriləcək oyun saat 17:00-da başlayacaq. “Araz-Naxçıvan” hazırda 51 xalla turnir cədvəlinin üçüncü pilləsində, "Kəpəz" isə 27 xalla doqquzuncu yerdədir.
Turun digər oyununda “Neftçi” evdə “Zirə” ilə qarşılaşacaq. Oyun saat 19:15-də başlayacaq. “Zirə” turnir cədvəlində 55 xalla ikinci, “Neftçi”nin isə 35 xalla altıncı yerdərdir.
Qeyd edək ki, turun daha əvvəl keçirilən görüşlərində “Qarabağ” “Səbail”i (4:1), “Turan Tovuz” “Sabah”ı (2:1), “Şamaxı” isə “Sumaqayıt”ı (2:1) məğlub edib.