Azərbaycan Premyer Liqasının 31-ci turunda bu gün 2 oyun keçiriləcək.
Yurd.Media xəbər verir ki, günün ilk oyunu saat 17:30-da "Bank Respublika Arena"da başlayacaq, "Sabah" "Səbail"lə qarşılaşacaq.
Hazırda turnir cədvəlində "Sabah" 36 xalla beşinci sırada, "Səbail" isə 20 xalla sonuncu pillədə yer alıb.
Günün digər oyununda Tofiq Bəhramov adına Respublika stadionunda ilə qarşılaşacaq. Oyun saat 20:00-da start götürəcək. Bu oyuna "Qarabağ" 73 xalla turnir cədvəlinin lideri kimi, 35 xala malik "Neftçi" isə altıncı yerin sahibi kimi başlayır.