Bu gün Azərbaycan Premyer Liqasının 30-cu turunda 2 oyun keçirilib.
Yurd.Media xəbər verir ki, günün ilk oyunu Tovuzda baş tutub, "Turan Tovuz" "Sabah"ı 2:1 hesabı ilə məğlub edib.
Əvvəlcə 14-cü dəqiqədə qonaqların heyətində Anatoli Nuriyev hesabı açıb. Bundan beş dəqiqə sonra "Turan Tovuz"un baş məşqçisi Kurban Berdıyev qırmızı vərəqə alaraq texniki zonadan uzaqlaşdırılıb. 45+2-ci dəqiqədə paytaxt təmsilçisinin futbolçush Pavel Şafranko eyni aqibəti yaşayıb. Bölgə klubunun heyətində 56-cı dəqiqədə Ayxan Hüseynov, 57-ci dəqiqədə Joarlem Santos fərqləniblər.
Bu nəticədən sonra xallarının sayını 47-yə çatdıran "Turan Tovuz" dördüncü pillədəki mövqeyini qoruyub. "Sabah" 36 xalla beşincidir.
Günün ikinci oyununda "Sumqayıt" "Şamaxı"nı qəbul edib. Qarşılaşma qonaqların 2:1 hesablı qəbələsi ilə yekunlaşıb.
Bu oyun da "kam bək"lə yadda qalıb. Belə ki, Sumqayıt təmsilçisindən 9-cu dəqiqədə Roi Kehat fərqlənib. Bölgə klubunda 57-ci dəqiqədə Maykl Tuik, 60-cı dəqiqədə Alfons Msanqa adını tabloya yazdırıb.
Bu nəticədən sonra xallarının sayını 31-ə çatdıran "Şamaxı" yeddinci pilləyə yüksəlib. 29 xalı olan "Sumqayıt" səkkizinci sıraya düşüb.
Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Səbail"i 4:1 hesabı ilə üstələmişdi. Tura aprelin 13-də yekun vurulacaq.
Qeyd edək ki, ötən gün "Qarabağ" "Səbail"i 4:1 hesabı ilə üstələyib. Tura aprelin 13-də yekun vurulacaq.