Azərbaycan Premyer Liqasında 31-ci tur həyəcanı başlayır

Azərbaycan Premyer Liqasında 31-ci tur həyəcanı başlayır

  • 18 aprel 2025, 09:58

Azərbaycan Premyer Liqasında 31-ci tura bu gün start veriləcək.

Yurd.Media xəbər verir ki, turun ilk oyununda “Araz-Naxçıvan” "Turan Tovuz"u qəbul edəcək.

FIFA referisi Əliyar Ağayevin idarə edəcəyi qarşılaşma saat 19:00-da start götürəcək.

HazırdaPremyer Liqada “Araz-Naxçıvan” 52 xalla 3-cü, "Turan Tovuz" 47 xalla 4-cüdür.

Qeyd edək ki, turun digər oyunlarda "Sabah" "Səbail"i, "Qarabağ" "Neftçi"ni, "Şamaxı" "Kəpəz"i, "Zirə" isə "Sumqayıt"ı qəbul edəcək.