Qarabağ Neftçi üzərində inamlı qələbə qazandı

"Qarabağ" "Neftçi" üzərində inamlı qələbə qazandı

  • 19 aprel 2025, 22:14

Azərbaycan Premyer Liqasının 31-ci turun oyununda "Qarabağ" "Neftçi"ni böyük hesabla məğlub edib.

Yurd.Media xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən görüşdə "Qarabağ" 3:0 hesablı qələbə qazanıb.

Ağdam klubunun heyətində qolları 22-ci dəqiqədə Abdullah Zubir, 40-cı dəqiqədə penaltidən Yassin Benzia və 41-ci dəqiqdə Nəriman Axundzadə vurublar.

Qurban Qurbanovun komandası hazırda 76 xalla turnir cədvəlində liderdir, 35 xalla qalan "Neftçi" isə altıncıdır.

Qeyd edək ki, bu gün turun digər oyununda "Sabah" "Səbail"ə qalib gəlib - 3:2.