Qarabağdan böyükhesablı qələbə

"Qarabağ"dan böyükhesablı qələbə

  • 11 aprel 2025, 22:41

"Qarabağ" klubu Azərbaycan Premyer Liqasında növbəti böyükhesablı qələbəsini qazanıb.

Yurd.Media xəbər verir ki, çempionatın 30-cu turunda səfərdə "Səbail" ilə qarşılaşan "köhlən atlar" 4:1 hesabı ilə qələbə qazanıblar.

"Qarabağ"dan qolları 17-ci dəqiqədə Abdullah Zubir, 19, 52 və 64-cü dəqiqələrdə xet-trikə imza atan Leandro Andrade vurub.

Meydan sahiblərinin qolunu isə 72-ci dəqiqədə David Qomis vurub.

Hazırda "Qarabağ" 73 xalla liderdir, "Səbail" isə 20 xalla sonuncu yerdədir.