Qarabağ bu gün 12-ci Azərbaycan çempionluğunu rəsmiləşdirə bilər

"Qarabağ" bu gün 12-ci Azərbaycan çempionluğunu rəsmiləşdirə bilər

  • 20 aprel 2025, 10:07
Ağdam

Ağdamın "Qarabağ" futbol klubu bu gün 12-ci Azərbaycan çempionluğunu rəsmiləşdirə bilər.

Yurd.Media xəbər verir ki, Azərbaycan Premyer Liqasında 31-ci turunda bu gün iki oyun keçiriləcək.

Günün ilk oyununda "Şamaxı" "Kəpəz"lə qarşılaşacaq. Şamaxı şəhər stadionundakı matç saat 16:30-da başlayacaq.

Meydan sahibləri 31 xalla yeddinci pillədə qərarlaşıb, 28 xala malik Gəncə təmsilçisi doqquzuncu sıradadır.

Günün digər matçında Bakıda "Zirə" və "Sumqayıt" komandaları oynayacaq. Çempionatın lideri "Qarabağ"dan 18 xal geri qalan və 58 xalla ikinci yerdə qərarlaşan "Zirə" bu görüşdə qələbə qazana bilməsə, Ağdam klubunun çempionluğu rəsmiləşəcək. 29 xalı olan "Sumqayıt" isə səkkizincidir.